Bank Of Baku

Terrorçular tərəfindən güllələnən Türkiyə hərbçisi dünyasını dəyişib

Terrorçular tərəfindən güllələnən Türkiyə hərbçisi dünyasını dəyişib
# 28 iyul 2015 14:51 (UTC +04:00)

Bakı. Ağa Cəfərli-APA. Bu gün Türkiyənin Hakkari bölgəsində silahlı hücuma məruz qalan və ağır vəziyyətdə xəstəxanaya çatdırılan türk ordusunun baş çavuşu Ziya Sarpkaya xəstəxanada dünyasını dəyişib.

 

APA-nın “Milliyət” qəzetinə istinadən verdiyi məlumata görə, başından güllə yarası alan çavuşu yerli sakinlər Hakkari Dövlət Xəstəxanasına çatdırsalar da onun həyatını xilas etmək mümkün olmayıb.

 

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı hadisənin terrorçular tərəfindən törədildiyini bəyan edib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR