Bank Of Baku

Türkiyədə PKK-çıların hücümu nəticəsində başından yaralanan hərbçi ölüb - YENİLƏNİB

Türkiyədə PKK-çıların hücümu nəticəsində başından yaralanan hərbçi ölüb - <span style="color: red;">YENİLƏNİB
# 28 iyul 2015 14:55 (UTC +04:00)

APA-nın “Milliyət” qəzetinə istinadən verdiyi məlumata görə, başından güllə yarası alan hərbçini yerli sakinlər Hakkari Dövlət Xəstəxanasına çatdırsalar da, onu xilas etmək mümkün olmayıb.


Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı hadisənin terrorçular tərəfindən törədildiyini bəyan edib.

 

 

***

 

saat 14.48

 

Bakı. Ağa Cəfərli - APA. Türkiyənin Hakkari bölgəsində Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçusu Ziya Sarpkaya silahlı hücum nəticəsində ağır yaralanıb.

 

APA-nın “Milliyət” qəzetinə istinadən verdiyi məlumata görə, hadisə Türkiyə vaxtı ilə 11:30 radələrində bank binasının qarşısında baş verib.  

 

Mülki geyimdə olan hərbçilyə terrorçuların atəş açdığı bildirilir. Vəziyyəti ağır olan Z. Sarpkaya dərhal xəstəxanaya çatdırılıb. Onun vəziyyəti sabit ağır olaraq qalır.

 

Türkiyə hüquq-mühafizə orqanları terrorçuları tapmaq üçün xüsusi əməliyyata başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR