Bank Of Baku

Tiflis şəhər məhkəməsi Gürcüstanın keçmiş müdafiə nazirinə bəraət verib

Tiflis şəhər məhkəməsi Gürcüstanın keçmiş müdafiə nazirinə bəraət verib
# 01 avqust 2013 11:05 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli-APA. Tiflis şəhər məhkəməsi Gürcüstanın keçmiş müdafiə naziri Baço Axalaya və Silahlı Qüvvələrin sabiq baş qərargah rəisi Qiqi Kalandadzeyə bəraət verib. APA-nın Gürcüstan mediasına istinadən verdiyi məlumata görə, təqsirləndirilən şəxslər biznesmen Zviad Abuseridzeni qanunsuz azadlıqdan məhrum edilməsi, vəzifə səlahiyyətlərini aşması maddələri üzrə günahsız biliniblər. Lakin məhkəmə 2006-cı ildə Tiflis həbsxanada qiyamın təşkil edilməsi və Müdafiə Nazirliyinin yeddi xüsusi təyinatlısına işgəncə edilməsi ittihamını hələlik qüvvədə saxlayıb. 

 

Hazırda B. Axalaya və Q. Kalandadze müvəqqəti həbs yerində saxlanılır.  Hər ikisi ittihamların siyasi motivlərin olduğunu bildirirlər.
 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR