Bank Of Baku

Tiflisdə “Vışeqrad ölkələrinin Cənubi Qafqaz üçün Avropaya inteqrasiya” layihəsi çərçivəsində tədbir keçirilib

Tiflisdə “Vışeqrad ölkələrinin Cənubi Qafqaz üçün Avropaya inteqrasiya” layihəsi çərçivəsində tədbir keçirilib
# 27 iyul 2013 07:42 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. İyulun 26-da Gürcüstan paytaxtında Qafqaz İqtisadiyyat və Sosial Araşdırmalar İnstitutunun təşkilatçılığı ilə “Vışeqrad ölkələrinin Cənubi Qafqaz üçün Avropaya inteqrasiya” layihəsi çərçivəsində Vışeqrad ölkələrinin və eyni zamanda “Şərq Tərəfdaşığı” və Cənubi Qafqaz ölkələrinin iştirakı ilə konfrans keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, konfransda  Qafqaz İqtisadiyyat və Sosial Araşdırmalar İnstitutun direktoru Temur Kordinava çıxış edərək tədbirin mahiyyəti və əhəmiyyəti barədə fikirlərini bildirib. Tədbirdə Azərbaycanı üç ekspert təmsil edib. Tədbirdə eyni zamanda digər ölkələrlə yanaşı, Cənubi Qafqaz ölkələrinin nümayəndələri də çıxış ediblər.

 

Konfransda çıxış edən ekspert Vüqar Bayramov Azərbaycanın Avropaya inteqrasiyası barədə söhbət açıb. Tədbirdə Cənubi Qafqaz ölkələrində avrointeqrasiya çağırışları və bu istiqamətdə Vışeqrad ölkələrində olan təcrübənin nəticələri və Avropaya inteqrasiyada olan problemlər barədə çıxışlar da dinlənilib.

 

Sonra Qafqaz İqtisadiyyat və Sosial Araşdırmalar İnstitutunun hazırladığı “Vışeqrad ölkələrində Avrointeqrasiya məsələləri və Cənubi Qafqaz” kitabının təqdimatı keçirilib.

 

Konfransda Gürcüstan, Ermənistan, Azərbaycan və “Şərq Tərəfdaşlığı” ölkələrindən -  Çexiya, Ukrayna, Moldova, Slovakiya, Polşa və Macarıstandan gələn ekspertlər iştirak edib. 
Konfransın yekun hissəsində tələbə müsabiqəsinin qalibləri təltif olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR