Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstan paytaxtındakı “Eliava” bazarında boya anbarı yanır. APA-nın Gürcüstan bürosunun məlumatına görə, hadisə nəticəsində bir neçə nəfər yüngül xəsarət alıb. Onlara ilkin tibbi yardım göstərilib. Xilasedicilər hazırda yanğın baş verən zaman anbarın daxilində olduğu ehtimal edilən iki nəfərin axtarışı ilə məşğuldur. Anbar yerləşən sahədə 20 yanğınsöndürən briqada çalışır. Hadisə yerinə əlavə 20 yanğınsöndürmə maşını cəlb olunub.
Məlumata görə, yanğın 500 kvadratmetr sahəni əhatə edib. Partlayış baş verməsi ehtimalının olması səbəbindən polis qüvvələri əhalini hadisə yerindən evakuasiya ediblər.