Bank Of Baku

Tiflisdə boya anbarında yanğın söndürülüb, 3 nəfər yaralanıb - YENİLƏNİB

Tiflisdə boya anbarında yanğın söndürülüb, 3 nəfər yaralanıb  - <span style="color: red;">YENİLƏNİB
# 04 avqust 2015 19:49 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstan paytaxtındakı  Eliava bazarında axşam saatlarında alovlanan boya anbarı söndürülüb.  APA-nın Gürcüstan bürosunun məlumatına görə, anbarın söndürülməsində 30 yanğınsöndürmə maşını, 125 nəfər xilasedici və bir neçə helikopterlər iştirak edib. Hadisə nəticəsində ölən olmayıb, 3 nəfər yaralanıb, bir yanğınsöndürən və bir feldşer tüstüdən zəhərlənib.

 

Məlumata görə, yanğın 500 kvadratmetr sahəni əhatə edib.  

 

Hadisə yerinə Tiflis şəhər meri David Narimaniya gəlib.

 

Hazırda polis yanğın baş verən ərazidə araşdırma aparır. Hadisənin başvermə səbəbi araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR