Bank Of Baku

TRT-nin xəbər aparıcısı canlı efirdə şəhidə görə ağlayıb - VİDEO

TRT-nin xəbər aparıcısı canlı efirdə şəhidə görə ağlayıb - <span style="color: red;"> VİDEO
# 31 iyul 2015 09:55 (UTC +04:00)

APA-nın məlumatına görə, aparıcı PKK tərəfindən qətlə yetirilən Malazgirt qəsəbəsinin jandarma rəisi, mayor Arslan Kulaksız haqqında efirə gedən süjetdən sonra göz yaşlarına hakim ola bilməyib və növbəti xəbəri çətinliklə oxuyub.

 

Süjetdə A.Kulaksızın həyat yoldaşı Sibel Kulaksız həmin gün baş verənlərdən danışır.

 

Növbəti süjeti efirə getsə də, aparıcı xəbərin davamını tamaşaçılara çatdıra bilməyib.

 

Bu anları əks etdirən video sosial şəbəkələrdə böyük marağa səbəb olub.  

 

Qeyd edək ki, mayor A. Kulaksızın  həyat yoldaşı Sibel Kulaksızla azyaşlı qızının olduğu avtomobilə iyulun 27-də silahlı hücum olub. Hücum nəticəsində ağır xəsarət alan A. Kulaksız həyatını itirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR