APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə “Röyters”ə Türkiyə hakimiyyətinin adının çəkilməsini istəməyən nümayəndəsi bildirib.
Qeyd edək ki, rəsmi Ankara ötən həftə bəyan edib ki, qiymətə dair razılıq əldə olunmayacağı təqdirdə beynəlxalq arbitraja müraciət edəcəyini istisna etməyib. Mənbə tərəflərin nisbətən “yumşaldığını” bildirərək, arbitraja müraciət ediləcəyini istisna etməyib.
“Məsələ bir-iki həftə ərzində həllini tapmalıdır”, deyə o bildirib.
“Qazprom”dakı mənbənin bildirdiyinə görə, tərəflər arasında yekun razılıq əldə olunmayıb, danışıqlar davam etdirilir.
Qeyd edək ki, “Qazprom” əvvəl Türkiyənin digər özəl qaz şirkətlərinə endirim verib.
Xatırladaq ki, 2014-cü ilin dekabrında “Qazprom” və “BOTAS” 63 mlrd kubmetr ötürmə malik “Türkiyə axını” qaz borusunun tikintisinə dair anlaşma memorandumu imzalayıb.