Bank Of Baku

Türkiyə məşğulluq üzrə rekord səviyyəyə çatacaq

Türkiyə məşğulluq üzrə rekord səviyyəyə çatacaq
# 10 avqust 2013 12:51 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Türkiyə məşğulluğun ən yüksək artım tempinə görə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (İƏİT, OECD) üzv ölkələr arasında üç ölkədən biri olacaq. 

 

APA-Economics” Türkiyə mətbuatına istinadən xəbər verir ki, İƏİT-in hesablamalarına görə, 2014-cü ildə ölkədə məşğulluğun səviyyəsi 2,2% təşkil edəcək.

 

Qeyd edək ki, qurum ən yüksək artım səviyyəsini 2,7%-la Meksika və İsraildə proqnozlaşdırır. Məşğulluğun artım səviyyəsinə görə bu ölkələrdən sonra 2,2%-la Türkiyə, daha sonra isə Amerika və Lüksemburq 2,0%-la qiymətləndirilib.

 

Dünyanın digər böyük iqtisadiyyata malik ölkələrində olan rəqəmlərə gəlincə, İƏİT Kanadada 1,3%, Almaniyada 0,5%, B. Britaniyada 0,7% artım gözlədiyini  açıqlayıb.

 

Təşkilatın məşğulluqla bağlı bədbin proqnozları isə Yaponiya, Çexiya, Yunanıstan, İtaliya, Polşa, Hollandiya, Portuqaliya, Sloveniya və İspaniya ilə bağlı olub. 

 

İƏİT məşğulluq səviyyəsinin ən çox düşəcəyi ölkənin Yunanıstan olacağını qeyd edib. Hesablamalara görə, müvafiq sahə üzrə 2,1% azalma olacaq və bu ölkədə işsizlik gələn il daha da artacaq.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR