Bakı-APA. Türkiyə öz səfirinin Misirə qayıtmasının mümkünlüyünü hələlik nəzərdən keçirmir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu mətbuat konfransında Türkiyə baş nazirinin müavini Bülənt Arınc deyib.
“Hazırda bunun mümkünlüyü nəzərdən keçirilmir. Səfirimizin Misirə qayıtmasınının zəruriliyini bu ölkədəki durumun inkişafını nəzərə alaraq dəyərləndirəcəyik”.