Bank Of Baku

Türkiyə parlamenti ölkədə fövqəladə vəziyyət rejiminin 90 gün artırılmasını dəstəkləyib

Türkiyə parlamenti ölkədə fövqəladə vəziyyət rejiminin 90 gün artırılmasını dəstəkləyib
# 11 oktyabr 2016 19:56 (UTC +04:00)

Bakı-APA. Türkiyə parlamenti hökumətin ölkədə fövqəladə vəziyyət rejiminin 90 gün artırılmasına dair qərarını təsdiqləyib.

 

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, hökumət oktyabrın 3-də Milli Təhlükəsizlik Şurasının tövsiyəsi əsasında  ölkədə oktyabrın 19-dan etibarən fövqəladə vəziyyət rejiminin 90 gün müddətinə artırılmasına dair qərar qəbul edib.  

 

Qeyd edək ki, Türkiyədə fövqəladə vəziyyət rejimi dövlət çevrilişinə cəhddən sonra tətbiq edilməyə başlayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR