Bank Of Baku

Türkiyə XİN Belçika parlamentinin “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qətnaməni pisləyib

Türkiyə XİN Belçika parlamentinin “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qətnaməni pisləyib
# 24 iyul 2015 15:40 (UTC +04:00)

APA-nın məlumatına görə, rəsmi Ankara belçikalı deputatlara digər problemlərlə məşğul olmağı məsləhət görüb.

 

“Bu qərar tarixi faktları təhrif edir və qanuna məhəl qoymur, habelə Belçika-Türkiyə münasibətlərinə dərin təsir göstərir”, - deyə bəyanatda vurğulanıb.

 

Bəyanatda həmçinin qeyd edilib ki, Avropanın çətin vaxtlarında Belçika parlamentariləri ölkə vətəndaşlarının rifahını düşünmək əvəzinə Türkiyə-Belçika münasibətlərinə yad olan məsələ üçün çalışırlar.

 

“Bu cür qərarlar erməni-türk barışığı üçün də xidmət etmir”, - deyə bəyanatda qeyd edilib.

 

Xatıraldaq ki, Belçika parlamentinin Nümayəndələr Palatası dünən "erməni soyqırımı"na dair qətnamə qəbul edib. Səsvermə zamanı 124 deputat sənədin lehinə səs verib, 8 deputat bitərəf qalıb, əleyhinə isə səs verən olmayıb.

 

Əlavə edək ki, Belçika Senatı uydurma "erməni soyqırımı"nı 1998-ci ildə tanıyıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR