Bakı-APA. Türkiyədə istirahət zamanı 100-dən çox britaniyalı turist zəhərlənib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Britaniyanın “Mirror” qəzeti xəbər yayıb.
Hadisənin Side şəhərinin “Sentido Perissia” otelində baş verdiyi bildirilir. Zəhərlənənlərin bir qismi xəstəxanalara yerləşdirilib, onların arasında 5 aylıq körpə var.
Hazırda otelin əməkdaşları ərazidə olan hovuzlara girişi bağlayıb. Bütün qonaqlardan öz otaqlarından çıxmamaq xahiş olunur.
Qusma və diareya ilə müşahidə olunan zəhərlənmənin virus mənşəli olduğu güman edilir.