Bank Of Baku

Türkiyədə 13 polis əməkdaşının şəhid olması ilə bağlı 2 nəfər həbs edilib

Türkiyədə 13 polis əməkdaşının şəhid olması ilə bağlı 2 nəfər həbs edilib
# 15 sentyabr 2015 00:35 (UTC +04:00)

Bakı-APA. Türkiyənin İğdır vilayətində 13 polisin şəhid olması ilə nəticələnən terror aktı ilə bağlı 2 nəfər həbs edilib.

 

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, həbs olunan şəxslər 39 və 49 yaşlı kişilərdir.

 

Onlardan birinin kənd muxtarı (icra nümayəndəsi) olduğu bildirilir. Həbs olunanlara qarşı “terror təşkilatına yardım" ittihamı irəli sürülüb.

 

Xatırladaq ki, sentyabrın 8-də Türkiyənin İğdır vilayətində, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhəddə yerləşən Dilucu gömrük-keçid məntəqəsində çalışan polislər PKK terrorçularının hücumuna məruz qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR