APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, Xalqların Demokratiya Partiyasından (HDP) bələdiyyə sədri seçilmiş 1987-ci il təvəllüdlü L. İmret Daxili İşlər Nazirliyinin qərarı ilə vəzifədən çıxarılıb.
Qeyd edək ki, L. İmret bir neçə gün əvvəl “VİCE News”a açıqlamasında Türkiyəyə qarşı iç savaş apardıqlarını bildirib. Cizrə Prokurorluğu onun haqqında “Xalqı hökumətə qarşı silahlı üsyana, kin və düşmənçiliyə təhrik etmək, terror təşkilatının təbliğatını aparmaq” ittihamı ilə cinayət işi açıb.