Bank Of Baku

Türkiyədə hərbçilərlə PKK terrorçuları arasında atışma olub, yaralanan var

Türkiyədə hərbçilərlə PKK terrorçuları arasında atışma olub, yaralanan var
# 14 oktyabr 2016 21:01 (UTC +04:00)

Bakı-APA. Türkiyənin Xatay vilayətində hərbçilərlə PKK terrorçuları arasında atışma baş verib.

 

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, dağ ərazisində baş verən insident nəticəsində 1 əsgər yaralanıb.

 

Yaralanan əsgər xəstəxanaya yerləşdirilib. Vəziyyətinin qənaətbəxş olduğu bildirilir. 

 

Qeyd edək ki, bu gün Diyarbəkir-Mardin yolunda  PKK terrorçularının hərbi avtomobili partlatması nəticəsində 3 əsgər şəhid olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR