APA-nın “Hürriyet”ə istinadən xəbərinə görə, Bitlis vilayətinin Tatvan bölgəsində yerləşən xəstəxana iriçaplı silahlarla atəşə tutulub. Bitlis Valiliyinin yaydığı açıqlamada bildirilir ki, terrorçulara cavab atəşi açılıb və onlar hadisə yerindən qaçıblar.
Hadisə nəticəsində ölən və ya yaralananların olmadığı bildirilir. Terrorçuların kimliyinin müəyyənləşdirilməsi və tutulması istiqamətində tədbirlər görülür.