Bank Of Baku

Türkiyədə İŞİD-ə qoşulmağa cəhd edən 4 uşaqlı britaniyalı qadın saxlanılıb

Türkiyədə İŞİD-ə qoşulmağa cəhd edən 4 uşaqlı britaniyalı qadın saxlanılıb
# 02 sentyabr 2015 02:44 (UTC +04:00)

Bakı-APA. Türkiyədə polis  4 azyaşlı uşağı ilə birlikdə İŞİD terror qruplaşmasına qoşulmağa cəhd edən Böyük Britaniya vətəndaşı olan qadın saxlanılıb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Daily Mail məlumat yayıb.

 

Məlumata görə, Londonun 33 yaşlı sakini Zahirə Tarik 4-12 yaşlarında olan dörd övladı ilə birlikdə avqustun 25-də “London-Siti” hava limanından yola düşüb.  

 

 Polis qadının planlarından məlumatsız olan qoyumlarının müraciətindən sonra məsələni nəzarətə götürüb.

 

Hazırda Zahirə Tarik həbs olunub, onun övladları üçün isə heç bir təhlükə yoxdur.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR