Bank Of Baku

Türkiyədə minik avtomobili ilə yük maşını toqquşub, 5 nəfər ölüb, 2 nəfər xəsarət alıb

Türkiyədə minik avtomobili ilə yük maşını toqquşub, 5 nəfər ölüb, 2 nəfər xəsarət alıb
# 30 avqust 2015 01:23 (UTC +04:00)

Bakı-APA. Türkiyənin Ərzincan şəhərində minik avtomobili ilə yük maşınının toqquşması nəticəsində 5 nəfər ölüb, 2 nəfər ağır yaralanıb.

 

APA-nın Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, qəza Ərzincan-Sivas yolunun 20-ci kilometrliyində qeydə alınıb.

 

Məlumata əsasən, yük maşını ilə toqquşan minik avtomobili yolun kənarındakı hasara çırpılıb.

 

Qəza nəticəsində avtomobildə olan 4 nəfər hadisə yerində, 3 yaşlı uşaq isə xəstəxanada keçinib.  Ağır yaralanan minik avtomobilinin sürücüsü və daha 1 sərnişin Ərzincan xəstəxanasına yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR