Bank Of Baku

Türkiyədə PKK terrorçuları ilə təhlükəsizlik qüvvələri arasında atışma olub, 3 nəfər ölüb - VİDEO - YENİLƏNİB

Türkiyədə PKK terrorçuları ilə təhlükəsizlik qüvvələri arasında atışma olub, 3 nəfər ölüb - <span style="color: red;">VİDEO  - <span style="color: red;">YENİLƏNİB
# 07 avqust 2015 13:27 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu barədə vilayət valiliyinin yaydığı açıqlamada bildirilir. Ölənlərin mülki şəxs olduğu ehtimal olunur. Hadisə zamanı 2-si polis əməkdaşı olmaqla 7 nəfər yaralanıb. Hazırda bölgədə terrorçulara qarşı əməliyyatlar davam edir.

 

 

***

 

13:02

 

Bakı-APA. Türkiyənin Şırnaq vilayətinin Silopi rayonunda təhlükəsizlik qüvvələri ilə PKK terror təşkilatı üzvləri arasında atışma başlayıb.


 

APA-nın xəbərinə görə, indiyədək 2 nəfərin öldüyü, onlarla şəxsin xəsarət aldığı bildirilir. Məlumata görə, bu gün səhər saatlarında təhlükəsizlik qüvvələrinin əməkdaşları terrorçuların rayon mərkəzində qazdıqları xəndəkləri doldurmaq istəyiblər. Bu zaman terrorçular onlara raket zərbəsi endiriblər, iriçaplı silahlardan atəş açıblar. Polis əməkdaşlarının hücuma qarşılıq verməsi ilə ərazidə atışma başlayıb.

 

Hazırda atışma davam edir. Hadisə yerinə Jandarm Qüvvələri cəlb olunub. Atışmanın olduğu ərazidə bəzi evlərdə yanğın qeydə alınıb. Türkiyə Silahlı Qüvvələrinə məxsus helikopterlər təhlükəsizlik qüvvələrinə havadan dəstək verir.

 

PKK terrorçuları Siirt vilayətində isə Hava Limanına məxsus hava nəqliyyatının hərəkətini idarə edən stansiyaya hücum ediblər. Orda mühafizə xidmətinin 18 əməkdaşının əl-qolunu bağlayaraq, telefonlarını əllərindən aldıqdan sonra stansiyaya od vurublar. Təhlükəsizlik qüvvələrinin əməkdaşları hadisə yerinə gələnədək terrorçular qaçmağa nail olublar. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR