Bakı-APA. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan BMT Təhlükəsizlik Şurasının mövcud strukturunu tənqid edib. APA-nın Türkiyənin “Hürriyyət” qəzetinə istinadən verdiyi məlumata görə, Ərdoğan BMT-yə alternativ beynəlxalq təşkilatın yaradılmasının mümkünlüyünü istisna etmir.
“Əgər biz deyirik ki, dünyada beşdən çox dövlət (BMT TŞ-nin daimi üzvləri nəzərdə tutulur) var, onda digər dövlətlər də öz BMT-sini yarada bilər. Bunu reallaşdırmaq olar və bu, onları (BMT TŞ-nin daimi üzvlərini) islahatlar aparmağa məcbur edəcək”, - deyə o vurğulayıb.
Qeyd edək ki, Ərdoğan dəfələrlə beynəlxalq birliyi Suriya ilə bağlı məsələdə passivlikdə gwnahlandırıb.