Bank Of Baku

Yunanıstan vətəndaşlarının 12%-ı keçmiş milli pul vahidinin qayıdışını istəyir

Yunanıstan vətəndaşlarının 12%-ı keçmiş milli pul vahidinin qayıdışını istəyir
# 10 iyul 2015 20:08 (UTC +04:00)

Bakı-APA. Yunanıstan vətəndaşlarının böyük əksəriyyəti ölkənin avrozonada qalmasını istəyir.

 

APA-nın Reuters agentlyinə istinadən verdiyi məlumata görə, bu barədə “Metron Analysis” şirkətinin sorğusunun nəticələrindən bəlli olub.

 

Respondentlərin yalnız 12%-ı kreditorlarla sazişə qarşı çıxıb, avrozonanı tərk etməyi və draxmaya qayıdışı dəstəkləyib. Bununla belə, rəyi öyrənilənlərin 55%-ı əmindir ki, yunanlar 5 iyul referendumunda “yox” deyərək, düzgün addım atıb.   

 

Baş nazir Aleksis Tsiprasın başçılıq etdiyi SİRİZA partiyasının reytinqi isə yanvar ayı ilə müqayisədə 36,3%-dən  45,6%-dək yüksəlib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR