Bakı-APA. Yunanıstanın terrorla mübarizə qurumları Afina, Saloniki və Korinfdə həyata keçirdikləri əməliyyat zamanı 18 nəfəri saxlayıb, onlardan 6-sı həbs olunub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, əməliyyat Xios adası yaxınlığında silah və partladıcı qurğularla dolu sürətli qayığın ələ keçirilməsindən baş tutub.
Əməliyyata xüsusi təyinatlılar da cəlb olunub. Saxlanılanlar arasında əcnəbilərində olduğu bildirilir.