Bank Of Baku

Yaponiyanın şərqində zəlzələ qeydə alınıb

Yaponiyanın şərqində zəlzələ qeydə alınıb
# 23 aprel 2019 00:04 (UTC +04:00)

Sakit okean hövzəsində, Yaponiya sahillərindən şərqdə 5,4 maqnitudalı zəlzələ baş verib.

ONA-nın verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Geologiya Xidmətindən məlumat yayılıb.

Seysmoloqların məlumatına görə, yeraltı təkanlar yerli vaxtla 17:45-də Miyako şəhərindən 191 kilometr şimal-şərqdə qeydə alınıb. Zəlzələnin episentri 10 kilometr dərinlikdə olub.

Təbii fəlakət nəticəsində dağıntı və tələfat barədə məlumat verilməyib. Sunami təhlükəsi yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR