Bank Of Baku

Yunanıstanda hakim partiya üzvlərinin evlərinə bombalı hücum edilib, 5 nəfər yaralanıb

Yunanıstanda hakim partiya üzvlərinin evlərinə bombalı hücum edilib, 5 nəfər yaralanıb
# 01 iyul 2026 15:07 (UTC +04:00)

Yunanıstanın Saloniki şəhərində hakim "Yeni Demokratiya" partiyasının üzvlərinin evlərinə hücum edilib, nəticədə 5 nəfər xəsarət alıb.

“Associated Press”in xəbərinə görə, hücumlar kustar üsullu hazırlanmış yandırıcı partlayıcı qurğular vasitəsilə həyata keçirilib.

Polisin məlumatına əsasən, üç hücumdan sonuncusu zamanı 5 nəfər yaralanıb, bir neçə avtomobil və motosiklet yandırılıb.

Yanan avtomobillərdən biri "Yeni Demokratiya" partiyasından deputatlığa namizədə məxsus olub. Qadın yanıq xəsarətləri alıb, onun anası isə ağır yanıq xəsarətləri ilə reanimasiya şöbəsinə yerləşdirilib.

Bundan başqa yaşayış binasının daha üç sakini xəsarət alıb.

Yunanıstanda naməlum radikal qruplar tərəfindən dövlət qurumlarına, siyasətçilərin, polis əməkdaşlarının və digər dövlət rəsmilərinin əmlakına qarşı hücumlar tez-tez baş verir. Belə hadisələr əksər hallarda maddi ziyanla nəticələnsə də, insanların xəsarət alması az-az qeydə alınır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR