Bank Of Baku

Zelenski ABŞ dövlət katibini Ukraynaya dəvət edib

Vladimir Zelenski

© APA | Vladimir Zelenski

# 02 fevral 2025 12:15 (UTC +04:00)

Ukrayna prezidenti Vladimir Zelenski müharibəni anlamaq üçün ABŞ dövlət katibi Marko Rubionu Ukraynaya dəvət edib.

APA xəbər verir ki, Zelenski bu barədə “Associated Press” agentliyinə müsahibəsində deyib.

O, Amerika rəsmisinin müharibənin Ukraynanı 100 il geriyə aparması ilə bağlı bəyanatını şərh edərkən belə deyib:

“Rubio Ukraynaya gəlməlidir ki, ilk növbədə Rusiyanın nə etdiyini görsün. Həm də Ukrayna xalqının nələrdən keçdiyini görməlidir. Bu xalqın Ukraynanın və dünyanın təhlükəsizliyi üçün etdiklərini görmək üçün dediyim kimi, gəlib sadəcə bu insanlarla danışın”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR