Bank Of Baku

Zelenski: Belarusda Rusiya dronları üçün istifadə edilən retranslyatorlar, Lukaşenkoya ünvanlanan ultimatumdan sonra fəaliyyətini dayandırıb

Zelenski: Belarusda Rusiya dronları üçün istifadə edilən retranslyatorlar, Lukaşenkoya ünvanlanan ultimatumdan sonra fəaliyyətini dayandırıb
# 24 iyun 2026 20:47 (UTC +04:00)

22 iyun tarixindən etibarən Belarusda ruslara Ukraynadakı hədəflərə "Şahed" raketlərini yönəltməyə kömək edən retranslyatorların fəaliyyəti dayandırılıb.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.

"Onların sökülüb-sökülmədiyini, düzünü desəm, hələ bilmirəm. Amma biz bunun üzərində işləyirik və vəziyyəti çox yaxından izləyir, gündəlik hesabatlar alıram. Fakt budur ki, retranslyatorlar hazırda işləmir", - Zelenski bildirib.

Qeyd edək ki, 19 iyun tarixində Ukrayna prezidenti Volodimir Zelenski Belarus ərazisində Rusiyanın Ukraynaya qarşı pilotsuz uçuş aparatları ilə hücumlarını koordinasiya edən retranslyatorların fəaliyyətinin dayandırılması üçün bir həftə vaxt verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR