Bank Of Baku

Zelenski: Bu gecə Rusiyanın atdığı ballistik raketlərdən yalnız biri vurulub, çünki "Patriotlar" üçün raket yoxdur

Ukrayna Prezidenti Vladimir Zelenski

© APA | Ukrayna Prezidenti Vladimir Zelenski

# 01 avqust 2026 13:36 (UTC +04:00)

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın ballistik hücumlarının qarşısını almaq üçün istifadə olunan "Patriot" sistemləri üçün raket çatışmazlığından şikayətlənib.

APA xəbər verir ki, Zelenski bu barədə özünün “Teleqram” hesabında yazıb.

Zelenski bildirib ki, dünən gecədən bəri Kiyevdə və digər yerlərdə Rusiyanın hücumlarının nəticələrinin aradan qaldırılması üçün tədbirlər görülür.

“Şəhərdə çoxlu yanğın baş verib, yeddi rayon zərər çəkib. Həmişəki kimi, ruslar adi yaşayış binalarına zərbələr endiriblər. 18 ev, bir məktəb, Litva səfirliyi və infrastruktur obyektlərinə ziyan dəyib. İndiyə qədər bu hücum nəticəsində doqquz nəfərin öldüyü məlumdur. Onlarla insan yaralanıb. Həkimlər ehtiyacı olan hər kəsə kömək göstərirlər”, - deyə Ukrayna lideri qeyd edib.

Prezident bildirib ki, Rusiya gecə boyu Ukraynaya 35 raket atıb, onlardan 27-si ballistik olub, bundan başqa, müxtəlif tipli 185 zərbə dronu ilə hücum edilib: “Əsas hədəf Kiyev idi. Lakin onlar Dnepr, Sumı, Xarkov və Poltava bölgələrini də vurublar. Bu gecə bizim tərəfimizdən yalnız bir ballistik raket vurulub, çünki "Patriotlar" üçün raketlər yoxdur. Rusiyanı ballistik raketlərlə zərbə endirməyə təşviq edən də budur”.

Zelenski Ukraynanın tərəfdaşlarının bu amili nəzərə almasının vacibliyini də vurğulayıb: “Hər bir anti-ballistik raket xalqımızın həyatını xilas edir, onların olmadığı hər gecə isə itkilərə səbəb olur. Müdafiəmizi gücləndirmək üçün çalışan hər kəsə təşəkkür edirik”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR