Ukrayna Prezidenti Vladimir Zelenski Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişellə görüşüb.
APA-nın xəbərinə görə, bu barədə Ukrayna Prezidenti "Twitter" hesabında bildirib.
Onun sözlərinə görə, görüş Ukrayna Prezidentinin "Şərq Tərəfdaşlığı" sammiti çərçivəsində baş tutub.
“Hədəfimiz Ukraynanın Avropa İttifaqına tamhüquqlu üzvlüyüdür. Mən Aİ Şurası Prezidentini şərq sərhədlərindəki vəziyyətlə bağlı məlumatlandırdım. Biz Aİ Şurasının dekabrın 16-da keçiriləcək iclasından sonra eskalasiyanın yolverilməzliyinə dair aydın siqnallar gözləyirik”, - V. Zelenski qeyd edib.