Bank Of Baku

Zelenski: Ukrayna prezidentini Nə Tramp, nə Mask, nə də başqa biri seçə bilər

Zelenski: Ukrayna prezidentini Nə Tramp, nə Mask, nə də başqa biri seçə bilər
# 15 oktyabr 2026 00:39 (UTC +04:00)
0:00 / 0:00
80%

Ukrayna prezidenti Volodimir Zelenski istefa vermək niyyətində olmadığını bildirərək müharibəni öz məsuliyyəti hesab etdiyini deyib.

APA xəbər verir ki, Zelenski bu barədə britaniyalı jurnalist Pirs Morqanla müsahibəsi zamanı danışıb.

“Dünyada nə Donald Tramp, nə İlon Mask, nə də başqa biri Ukrayna prezidentini seçə bilər. Bunu yalnız Ukrayna vətəndaşları edə bilər”, - Zelenski vurğulayıb.

Prezident döyüş əməliyyatları başa çatana qədər seçkilərin keçirilməsini istisna edib. Könüllü şəkildə istefaya getmək ehtimalı ilə bağlı suala cavabında “Əlbəttə, yox. Bu, mənim məsuliyyətimdir”, – deyə bildirib.

Zelenskinin sözlərinə görə, bəzi nüfuzlu şəxslər onu vəzifədən uzaqlaşdırmaq istəyirlər, çünki o, Ukrayna torpaqlarını Rusiya ərazisi kimi heç vaxt tanımayacaq.

“Əgər məni hakimiyyətdən uzaqlaşdırsalar, əminəm ki, yeni lider – kişi və ya qadın – ölkəmizi müdafiə edəcək. Çünki bu, bizim evimizdir”, - Ukrayna lideri əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR