Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Patriot hava hücumundan müdafiə sistemləri üçün raketlər dünyada kifayət qədərdir və onların Ukraynaya verilməsi üçün yalnız siyasi qərar tələb olunur.
APA xəbər verir ki, bu barədə o, axşam videomüraciətində danışıb.
Zelenski qeyd edib ki, tərəfdaş ölkələrin Rusiyanın hücumlarını pisləməsi vacib olsa da, Ukraynaya real yardım hava hücumundan müdafiə imkanlarının artırılmasıdır.
"ABŞ da, Avropa ölkələri də bizim nəyə ehtiyacımız olduğunu bilirlər. Patriot raketləri mövcuddur, əsas məsələ onların Ukraynaya verilməsi barədə siyasi qərarın qəbul edilməsidir", - deyə Ukrayna Prezidenti vurğulayıb.