Türkiyə Ukrayna və Rusiya arasında praktik və realist vasitəçi ola bilər.
APA-nın Türkiyə bürosu xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə “CNN Türk” telekanalına müsahibəsində deyib.
“Türkiyə ilə yaxın və yaxşı münasibətlərimiz var. Görüş zamanı tərəflərdən heç birinin mövqeyini tutmadan, tam tərəfsiz vasitəçi kimi fəaliyyət göstərə bilər. Təbii ki, Türkiyə Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Prezident Ərdoğanın Putinlə birbaşa əlaqələrinin olduğunu bilirəm. Buna görə də Türkiyədə keçiriləcək görüşü dəstəkləyirik”, - deyə Volodimir Zelenski bildirib.