Bank Of Baku

Zelenski Ukraynanı tərk edən Baş prokuror Kravçenkonu vəzifəsindən azad edib

Ruslan Kravçenko

© APA | Ruslan Kravçenko

# 14 sentyabr 2026 18:39 (UTC +04:00)

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Baş prokuroru Ruslan Kravçenkonu vəzifəsindən azad edib.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofisinin saytında dərc olunan fərmanda qeyd olunub.

Qeyd edək ki, Kravçenko sentyabrın 7-də istefa ərizəsi verib. Bu, prokurorların da adlarının hallandığı Ukraynanın Milli Antikorrupsiya Bürosu (NABU) və İxtisaslaşmış Antikorrupsiya Prokurorluğunun (SAP) keçirdiyi “Karfagen” əməliyyatından sonra baş verib.

Kravçenko sentyabrın 14-də Baş prokuror vəzifəsində olarkən NABU-nun direktoruna qarşı şübhə barədə qərar imzaladığını açıqlayıb və NABU və SAP rəhbərlərinin istefa verməsinə çağırıb.

NABU və SAP isə Kravçenkonun açıqlamasını “müstəqil antikorrupsiya orqanlarına qarşı sistemli hücumun davamı” adlandırıb.

Zelenski sentyabrın 14-də Ali Radaya Kravçenkonun vəzifədən azad edilməsini təsdiqləməyə çağırıb.

Ukrayna mediası daha əvvəl Kravçenkonun sentyabrın 14-nə keçən gecə ölkəni tərk etdiyini yazıb. Kravçenko daha sonra ölkədən getdiyini təsdiqləyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR