Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin müharibəni mümkün qədər tez başa çatdırmağa hazır olduğunu bildirib. Bunun üçün mövcud təmas xətti boyunca döyüşlərin dayandırılmasını və cəbhənin dondurulmasını mümkün hesab edir.
APA xəbər verir ki, Zelenski bu barədə ABC telekanalına müsahibəsi zamanı danışıb.
Ukrayna prezidenti vurğulayıb ki, Ukrayna müvəqqəti işğal olunmuş ərazilərin Rusiyanın ərazisi kimi tanınmasına heç vaxt razı olmayacaq.
O, Ukraynanın Donbasın qalan hissəsindən imtina etməyəcəyini də bildirib.
Zelenskinin sözlərinə görə, hazırda Rusiya Ukrayna ərazisinin 19,3 faizinə nəzarət edir. Donbasın tamamilə Rusiyaya verilməsi isə bu göstəricini 25 faizə çatdırardı.