Bank Of Baku

Zurabişvili səlahiyyət müddəti başa çatdıqdan sonra prezident sarayını tərk etməyəcəyini açıqlayıb

Gürcüstan prezidenti Salome Zurabişvili

© APA | Gürcüstan prezidenti Salome Zurabişvili

# 13 dekabr 2024 20:35 (UTC +04:00)

Gürcüstan prezidenti Salome Zurabişvili bildirib ki, səlahiyyət müddəti başa çatdıqdan sonra prezident sarayını tərk etməyəcək.

APA Gürcüstan KİV-ə istinadən xəbər verir ki, Zurabişvili bunu brifinq zamanı deyib.

“Mən heç yerə getmirəm. Kimisə tərk etmək niyyətində deyiləm. Mən burada qalacağam”, - Zurabişvili vurğulayıb.

Gürcüstan parlamenti isə sürətləndirilmiş şəkildə “Xüsusi Dövlət Mühafizə Xidməti haqqında” qanuna dəyişiklikləri qəbul edib.

Bu dəyişikliklərə əsasən, prezidentlik müddəti başa çatdıqdan sonra Salome Zurabişvilinin dövlət mühafizəsinə dair hüququ olmayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR