ABŞ Maliyyə Nazirliyinin xarici aktivlərə nəzarət idarəsi İrana qarşı sanksiyalar çərçivəsində aralarında bir Çin və bir Hindistan vətəndaşı olan 5 fiziki şəxsin və 11 hüquqi şəxsin, eləcə də Sinqapurdan olan iki və Çindən olan beş təşkilatın adını qara siyahıya salıb.
APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə idarənin yaydığı məlumatda deyilir.
Qurum onların adının İrandan neft-kimya məhsullarının alınmasında hallandığını bildirir. Qeyd edilir ki, İran, Çin və Sinqapurdan olan şirkətlərin məlumatları “Triliance Petrochemical Co. Ltd” tərəfindən təşkil edilən əməliyyatlarda iştirak edib və ya şirkətin neft-kimya məhsullarının satışından əldə edilən gəlirlərin işlənməsi və köçürülməsi işində köməklik göstəriblər.