ABŞ-da 19-cu əsrə aid kilsə yanaraq yararsız vəziyyətə düşüb

ABŞ-da 19-cu əsrə aid kilsə yanaraq yararsız vəziyyətə düşüb
# 06 dekabr 2020 07:12 (UTC +04:00)

ABŞ-ın Nyu-York ştatında boş binada baş verən yanğın 19-cu əsrə aid kilsəyə keçib.

APA-nın xəbərinə görə, bu barədə “NBC New York” telekanalı məlumat yayıb.

Yanğın yerli vaxtla 5.00-da başlayıb. Yanğınsöndürənlər yanğın siqnalından 3 dəqiqə sonra hadisə yerinə çatıblar. Yanğınsöndürənlərdən 4 nəfəri yüngül xəsarət alıb. Alov güclü olduğundan kilsəyə ciddi ziyan dəyib.

Rahib Ceki Lyus kilsənin viran qaldığını və yararsız vəziyyətə düşdüyünü bildirib. Yanğın zamanı ölüm faktı qeydə alınmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR