ABŞ-da COVID-19 qurbanlarının sayı 300 mini keçib

ABŞ-da COVID-19 qurbanlarının sayı 300 mini keçib
# 15 dekabr 2020 07:51 (UTC +04:00)

ABŞ-da yeni növ koronavirus infeksiyasına yoluxma nəticəsində ölənlərin sayı 300 267 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə Cons Hopkins Universiteti federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında açıqladığı hesabatında bildirib.

Məlumata görə, pandemiya başlayandan bəri ölkədə 16 388 504 nəfər koronavirusa yoluxub. Yoluxanların əksəriyyəti Kaliforniya ştatında (1 598 389), daha sonra Texas (1 411 749), Florida (1 134 383), İllinoys (856 118) və Nyu-York (784 204) ştatlarında qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR