ABŞ və İraq prezidentləri görüşüb

ABŞ və İraq prezidentləri görüşüb
  • Clock-gray 16:39
  • calendar-gray 22 Yanvar 2020

ABŞ və İraq prezidentləri görüşüblər.

APA-nın "Al-Arabiya"kanalına istinadən verdiyi xəbərə görə, Donald Tramp və Barham Saleh arasında görüş bu gün Davosda baş tutub. Bu barədə İraq Prezident Administrasiyası məlumat yayıb.

"Görüşdə İraqdakı xarici qoşunların azaldılması və İraq xalqının ölkənin suverenliyini qorumaq tələblərinə hörmət etməyin vacibliyi müzakirə edilib", - deyə Prezident Administrasiyasının məlumatında qeyd olunub.

Görüşdən sonra ABŞ Prezidenti Donald Tramp bildirib ki, o, iraqlı həmkarı ilə bir çox məsələni müzakirə edib.

Zümrüd Paşkin

Digər xəbərlər