Kanadada polisin iştirakı ilə silahlı insident olub

Kanadada polisin iştirakı ilə silahlı insident olub
# 13 sentyabr 2020 20:04 (UTC +04:00)

Kanadanın Monreal şəhərində baş vermiş atışma zamanı 5 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə “CBC” telekanalı məlumat yayıb.

Hadisə gecə saatlarında şəhərin mərkəzi hissəsində, köhnə limanın yaxınlığındakı bir küçədə baş verib. Hadisə ilə bağlı əraziyə polis qüvvələri cəlb olunub və şübhəli şəxslə silahlı qarşıdurma yaranıb. İnsident nəticəsində biri polis olmaqla, beş nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onların arasında şübhəli şəxs də var.

İnsidentlə bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR