Meksika prezidenti öldürülən sabiq ştat qubernatorunun qətlinin araşdırılacağına söz verib

Meksika prezidenti öldürülən sabiq ştat qubernatorunun qətlinin araşdırılacağına söz verib
# 19 dekabr 2020 08:39 (UTC +04:00)

Meksika rəhbərliyi Xalisko ştatının keçmiş qubernatoru Aristoteles Sandovalın qətlini araşdıracaq və cinayətkarları cəzalandıracaq.

APA TASS-a istinadən xəbər verir ki, bunu cümə günü keçirdiyi mətbuat konfransında ölkə başçısı Andres Manuel Lopes Obrador bildirib.

“Sandovalın öldürülməsindən çox kədərlənirəm, yaxınlarına və dostlarına başsağlığı verirəm. Səbəbini müəyyənləşdirmək və bunda əli olanları cəzalandırmaq üçün bu işi araşdıracağıq”, - prezident belə deyib.

Siyasətçi cümə günü səhər saatlarında Sakit okeanın Xalisko sahillərindəki Puerto-Valyarta kurort şəhərində “Distrito 5” restoranında öldürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR