Tramp Texas ştatında fövqəladə vəziyyət rejimi elan edib

Tramp Texas ştatında fövqəladə vəziyyət rejimi elan edib
# 25 avqust 2020 02:39 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp “Marko” və “Laura” qasırğaları ilə əlaqədar Texas ştatında fövqəladə vəziyyət rejimi elan edib.

APA xəbər verir ki, prezidentin qərarı Daxili Təhlükəsizlik Nazirliyi və Fövqəladə Vəziyyət üzrə Federal Agentliyə insanların xilas edilməsi və əmlakın qorunması, eyni zamanda insanların sağlamlığını və təhlükəsizliyini qorumaq üçün bütün fövqəladə yardım tədbirlərini əlaqələndirmək səlahiyyəti verir.

Bu kimi əksər hallarda federal mərkəz təbii fəlakətlə mübarizə xərclərinin 75%-ni öz üzərinə götürür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR