Tramp iğtişaşların yatırılması üçün milli qvardiyaçıları Viskonsinə göndərəcək

Tramp iğtişaşların yatırılması üçün milli qvardiyaçıları Viskonsinə göndərəcək
# 27 avqust 2020 05:18 (UTC +04:00)

ABŞ hökuməti Viskonsin ştatının Kenoşa şəhərində baş verən etiraz aksiyaları ilə mübarizədə yerli hüquq-mühafizə orqanlarına kömək məqsədilə federal təhlükəsizlik qüvvələri və milli qvardiyaçıları göndərəcək.

APA “TASS”-a istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp deyib.

“Biz Amerika küçələrində qarət, yanğın törətmə, zorakılıq və qanunsuzluğa yol verməyəcəyik. Mənim komandam federal dəstəyi qəbul etməyə razı olan Viskonsin ştatının qubernatoru Toni Everslə elə indicə telefon danışığını bitirdi... Qayda-qanunun təmin edilməsi üçün bu gün federal hüquq-mühafizə orqanlarını və milli qvardiyaçıları Viskonsin ştatının Kenoşa şəhərinə göndərəcəm”, deyə Tramp özünün “Twitter” səhifəsində yazıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR