ABŞ İŞİD-in “Bitlz” qrupundan olan iki cəlladı Suriyadan çıxarıb

ABŞ İŞİD-in “Bitlz” qrupundan olan iki cəlladı Suriyadan çıxarıb
  • Clock-gray 10:50
  • calendar-gray 10 Oktyabr 2019

“ABŞ kürdlərin və ya Türkiyənin vəziyyətə nəzarəti itirəcəyindən ehtiyat edərək, “Bitlz” kimi tanınan, Suriyada baş kəsmələrdə əlaqəli olan iki İŞİD döyüşçüsünü artıq Suriyadan çıxarıb və ABŞ-ın nəzarətində olan təhlükəsiz yerə aparıb”.

APA-nın verdiyi xəbərə görə, bunu ABŞ Prezidenti Donald Tramp “Twitter”də yazıb.

“Onlar pislərdən də pisdir”, - deyə D. Tramp qeyd edib.

Xatırladaq ki, ötən il YPG Alexanda Amon Kotey və El Shafee Elsheikh adlı ingilis döyüşçülərini ələ keçirib. “Nyu-York Tayms” qəzetinin yazdığına görə, bu iki şəxs Suriyada əsirlərə işgəncələr vermək, edam etməklə tanınıblar. İŞİD-in ingilis cəlladları işgəncələrə məruz qalan şəxslər tərəfindən “Bitlz” olaraq adlandırılıb. “Bitlz” 4 nəfərdən ibarət olub.

İlkin Cəlilov

Digər xəbərlər

Arxiv

date