ABŞ Şimali Koreyanın (KXDR) addımlarına cavab olaraq Koreya Respublikası və Yaponiya ilə ikitərəfli və üçtərəfli hərbi əməkdaşlığı genişləndirmək niyyətindədir.
APA-nın məlumatına görə, bunu çərşənbə günü onlayn brifinqdə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
Kirbi hər hansı təfərrüatı açıqlamadan jurnalistlərə “xəbərləri izləməyi” tövsiyə edib.