ABŞ Konqresi avtomat silahların qadağan edilməsinə səs verib

ABŞ Konqresi avtomat silahların qadağan edilməsinə səs verib
# 30 iyul 2022 05:01 (UTC +04:00)

ABŞ Konqresi avtomat və yarımavtomat silahların qadağan edilməsinə dair qanun layihəsini ilk oxunuşda qəbul edib.

APA xəbər verir ki, qanun layihəsi 217 səs lehinə, 213 səs əleyhinə olmaqla qəbul edilib. Lakin layihənin Senatdan keçəcəyi ehtimalı azdır. Bunun üçün 50 demokratla yanaşı azı 10 respublikaçı layihənin lehinə səs verməlidir.

Qeyd edək ki, bir müddət əvvəl orta məktəbdə baş verən atışmadan sonra Co Bayden Konqresə odlu silah almaq üçün yaş həddinin 21-ə qaldırılmasını təklif etmişdi.

Odlu silahların qadağan edilməsinə cəhdlər indiyədək ciddi nəticə verməyib. Əksər deputatlar qadağanın Konstitusiyaya ziddi olduğunu iddia edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR