ABŞ Prezidenti Co Bayden Böyük Britaniyanın mərhum Kraliçası II Elizabetin dəfnində iştirak edəcək.
APA NBC-yə istinadən xəbər verir ki, bu barədə Ağ Evdən açıqlama verilib.
Kraliçanın dəfn olunacağı tarix hələ açıqlanmayıb.
Xatırladaq ki, Kraliça II Elizabet sentyabrın 8-də 96 yaşında vəfat edib.