Meksikanın Pemex neft-qaz korporasiyasının Meksika körfəzindəki platformasında baş verən yanğın nəticəsində iki nəfər ölüb.
APA xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
***
05.31
Meksika körfəzindəki neft platformasında baş verən yanğın nəticəsində azı 6 nəfər xəsarət alıb.
APA-nın məlumatına görə, bu barədə “Petróleos Mexicanos” (Pemex) dövlət şirkətinin məlumatında deyilir.
“Pemex”in məlumatına görə, yanğın başlayan zaman strukturda işləyən 328 işçidən 321-i artıq təxliyə edilib. Yanğınları söndürmək üçün dörd qayıq göndərilib.
Mətbuat konfransı zamanı Meksika prezidenti Andres Manuel Lopez Obrador, Pemex yanğınsöndürənlərinin yanğınla mübarizə apardığını və Meksika donanmasının da alovla mübarizədə iştirak etdiyini bildirib.