Naxçıvanda ət və süd istehsalı artıb

Naxçıvanda ət və süd istehsalı artıb
# 22 sentyabr 2022 09:17 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında 354,48 mln. manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub.

Naxçıvan Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu göstərici 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,6% artıb.

Hesabat dövründə diri çəkidə ət istehsalı 16563 ton, süd istehsalı 71266 ton olub. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 8%, süd istehsalı isə 1,5% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR