Ötən il Azərbaycana idxal olunan heyvan yemi 2 dəfədən çox artıb

Ötən il Azərbaycana idxal olunan heyvan yemi 2 dəfədən çox artıb
# 10 mart 2023 14:26 (UTC +04:00)

2022-ci ildə Azərbaycana 32 mln. 706 min dollar dəyərində 48 min 794 ton heyvan yemi idxal olunub.

APA-Economics”in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, 2021-ci illə müqayisədə bu göstərici həcm baxımından 2.3 dəfə və ya 27 min 804 ton, məbləğ baxımından isə 36.6% və ya 8 mln. 763 min dollar çoxdur. 2021-ci ildə ölkəyə 23 mln. 943 min dollar dəyərində 20 min 990 ton heyvan yemi idxal olunub.

Qeyd edək ki, ötən il heyvan yeminin bir tonunun orta idxal qiyməti 41 % ucuzlaşaraq 670 dollar təşkil edib. Belə ki, 2021-ci ildə heyvan yeminin bir tonunun orta idxal qiyməti 1140 dollara bərabər idi.

Xatırladaq ki,2022-ci ildə Rusiyadan Azərbaycana 7 mln. 561 min dollar dəyərində 25 min 667 ton, Gürcüstandan isə 6 mln. dollar dəyərində 12 min 905 ton heyvan yemi gətirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR